Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağa gedəcək ''Qarabağ''la əlaqəli SON XƏBƏR

Qarabağa gedəcək ''Qarabağ''la əlaqəli SON XƏBƏR

Tarix: 11 Dekabr 2023 14:30

Dekabrın 21-də Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində MOİK-lə üz-üzə gələcək "Qarabağ"ın təmsil etdiyi bölgəyə səfər planı dəqiqləşib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu ayın 20-də təyyarə ilə Bakıdan Füzuliyə istiqamət alacaq.

"Köhlən atlılar" həmin günü Şuşada keçirəcək. Buradakı otellərdən birinə yerləşəcək komanda oyun günü Xankəndinə yollanacaq.

Yeri gəlmişkən, Peşəkar Futbol Liqası (PFL) klublara müraciət edib.

Ölkə çempionatının təşkilatçısı olan qurum Premyer Liqa, I Liqa və II Liqada yarışan bütün iştirakçıların nümayəndələrini Xankəndinə aparamğa hazırdır.

Bunun üçün hər kluba 1 yer ayrılıb. Ora yollanmaq könüllüdür.

Bu matçı azarkeşlər də izləyəcək. PFL futbolsevərlərin adıçəkilən şəhərə aparılması üçün təşkilati işləri görməyə başlayıb.

Qarabağa səfər oyun günü, səhər saatlarında başlayacaq. "Koroğlu" metrostansiyasının yaxınlığından yola çıxacaq qafilədə onlarla avtobus yer alacaq.

Milli.Az


Etiketlər:  Qarabağa gedəcək Qarabağla əlaqəli XƏBƏR


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR