Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səidədən Elnarəyə sərt sözlər: ''Kini öz başına düşsün''

Səidədən Elnarəyə sərt sözlər: ''Kini öz başına düşsün''

Tarix: 11 Dekabr 2023 17:10

Müğənni Səidə Sultan küsülü olduğu həmkarı Elnarə Xəlilovanın ünvanına sərt sözlər deyib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi "Maqazin plyus" verilişinə açıqlamasında Elnarənin onun haqqında dediyi "Səidə Sultanla münasibətim yoxdur. Mən onu toya dəvət etməmişdim, o da məni. Bu, normaldır. 18 ildir ki, ailəliyəm və bu müddət ərzində mənimlə Səidə arasında münasibət dəyişməyib" sözlərinə belə cavab verib:

"Mənimlə mehriban olun. Lazım deyil, "qurtdan quşluq" etmək. Belə danışıqlar kimə lazımdır? Bir quru canımız var, onunla da o dünyaya gedəcəyik. Söz-söhbətdir, insan arasında olur. Ürəyin təmizdirsə, münasibətə davam et. Yox, əgər ürəyində kin saxlayırsansa, o kinin öz başına düşsün, bacım".


Etiketlər:  Səidədən Elnarəyə sərt sözlər Kini başına düşsün


RƏYLƏR