Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quru, uzun müddətli öskürəkdən əziyyət çəkənlər - Mədənizi yoxladın

Quru, uzun müddətli öskürəkdən əziyyət çəkənlər - Mədənizi yoxladın

Tarix: 12 Dekabr 2023 09:00

Üzücü, yorucu quru öskürək var, amma nə soyuqdəymə, nə qrip, nə ağciyər problemi yoxdursa, deməli, öskürək mədədən qaynaqlanır. Bu öskürəyi heç bir boğaz dərmanı və öskürək siropu kəsə bilmir.

Əgər sizdə mədə göynəməsi, qıcqırma, mədə şirəsinin boğaza qayıtması kimi problemlər də varsa, əmin ola bilərsiz ki, öskürək də bu səbəbdəndir.

Sonxeber.net xəbər verir ki, qida borusunun daim mədə şirəsi ilə qıcıqlanması nəticəsində həm qida, həm nəfəs borusunun selikli qişası aşılanır, qıcıqlanma baş verir, öskürək sindromu başlayır.

Çox zaman xəstələr LOR həkimə gedərək, öskürəyi və nəfəs borusundakı problemi həll edib, məsənin dərinliyinə getmirlər. Ona görə müalicə təsir etmir və öskürək davam edir.

Mədə öskürəyini yaradan səbəb və faktorlar:

- Mədə xorası, qastrit
- Həzm orqanlarında enterovirusların çoxalması
- Adenovirus infeksiyası
- Bağırsaqlarda disbakterioz
- Qurd, parazitlər
- Yüksək turşuluq
- Helikobakteri

- Reflüks ezofagit - qıcqırma
- Zərərli qidalanma - acı, duzlu, isti, quru
- Düz bağırsaq problemləri
- Qaraciyər, öd xəstəlikləri

Amma 70% hallarda mədə öskürəyinin səbəbkarı reflüksdür. Bu xəstəlik mədə və qida borusu əzələsinin hərəkət pozulmasıdır, hansı ki, qida qalığı və mədə şirəsi geri, qida borusu və udlağa qayıdır. Selikli qişa, nəfəs yollarının girişi zədələnir, quru öskürək yaranır.

Köpü olanlar,piylənmə, qida borusu və diafraqmal yırtığı olanlar bu xəstəlikdən və mədə öskürəyindən əziyyət çəkir.

Mədə öskürəyindən 40 yaşından yuxarı insanlar, yaşlılar və xüsusən kişilər əziyyət çəkir.

Bu öskürəyin fərqli əlamətləri:

- Quru öskürək daha çox yemək yedikdən, çay içdikdən sonra yaranır
- Eləcə də insan uzananda, başı yastıqdan aşağıda olanda və yuxuda, səhərəyaxın olur
- Öskürəklə yanaşı qıcqırma, mədədən acı axıntının boğaza gəlməsi, ürəkbulanma da yanaşı gedir
- Tənəffüs fit xarakterlidir, boğaz daim qıcıqlanır
- Ağızdan pis qoxu, qıcqırmış tam gəlir
- Qarında köp olur, həzm pozulub

Bu xəstəliyi diaqnoz etmək üçün mütləq qastroenteloqa müraciət olunmalıdır.

Qan, sidik, nəcis analizi verilir, mədə zondla endoskopik yoxlanılır, daxili orqanların USM-i, helibakteri nəfəslə təyini analizi, mədə turşuluğunun yoxlanması, Ağciyər və qida borusunun rentgeni aparılır.

Müalicə həm mədənin, qida borusunun, həm də qıcıqlanma və öskürəyə qarşı seçilir. Konkret xəstəlik müalicə olunduqda, öskürək də zamanla keçir.

Mədə turşuluğu yüksək olanlar Omeprazol kimi yanmaya qarşı dərmanı hər səhər qəbul etməlidir.
Xəstəyə xüsusi dieta təyin olunur.
Xalq təbabətindən təmiz zeytun yağı, propolis, təzə kartof şirəsi, kətan toxumu yağı, qara zirə yağı da yaxşı effekt verir.

Belə xəstələr hündür yastıqda yatmalı, bogazlarını daim yaşlamalı, otaq havasının quru olmaması üçün nəmləndirməli, gündə 5 dəfə az-az yeməlidirlər. Uzun müddət ac qalmaq olmaz. /medicina.az


Etiketlər:  Quru uzun müddətli öskürəkdən əziyyət çəkənlər Mədənizi yoxladın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ