Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hakimi vuran klub prezidenti istefa verdi

Hakimi vuran klub prezidenti istefa verdi

Tarix: 12 Dekabr 2023 21:26

Ötən gün "Rizəspor"la keçirilən oyunda baş hakim Halil Umut Meleri yumruqla vuran "Ankaragücü"nün prezidenti Faruk Koca istefa verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Faruk Koca hərəkərtnə görə üzr istəyib: 

"Halil Umut Melerə qarşı etdiyimə görə ondan və ailəsindən, türk hakim camiyəsindən, idman ictimaiyyətindən və millətimizdən üzr istəyirəm".

Xatırladaq ki, Faruk Koca hakim idarəçililiyindən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. Faruk Koca isə bu gün həbs olunub.

Milli.Az


Etiketlər:  Hakimi vuran klub prezidenti istefa verdi


RƏYLƏR