Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəriətə görə seyyidlə seyyid olmayanın hansı fərqi var?

Şəriətə görə seyyidlə seyyid olmayanın hansı fərqi var?

Tarix: 13 Dekabr 2023 03:00

İslam dinində Həzrət Mühəmməd Peyğəmbərin (s) özünə olan sevgi ondan sonra onun nəslinə yönəlmişdir. Tarixən seyyidlərə cəmiyyət içində həmişə ehtiram göstərilmiş, onlar cəmiyyətin böyüyü, ağsaqqalı sayılmışlar. Seyyidlər məclislərin başına keçirilir, seyyid ailəsi ilə qohum olmaq şərəf sayılır, əlamətdar günlərdə seyyidlərin görüşünə gedilir, onların məsləhəti və zəmanəti həmişə diqqətlə qarşılanır. Bununla belə, şəriət məsələlərində Allahın qarşısında hamı bərabərdir, heç kim şəriətin vacib və haram hökmlərində istisna edilməyib. Allah yanında insanların üstünlüyü əsil-nəsəblə deyil, imanla, təqva ilə ölçülür.
İslam şəriətində seyyidlərlə qeyri-seyyidlərin fərqləndiyi yeganə ciddi məqam xüms və zəkatla bağlıdır. Xümsün yarısı - seyyid payı adlanan hissə Peyğəmbərin nəslindən gələn mömin seyyidlərə verilir, seyyid olmayanların bu hissədə payı yoxdur. Zəkat məsələsində isə seyyidin yalnız özü kimi seyyiddən zəkat alması icazəlidir. Seyyid olmayan şəxslər öz zəkatlarını (fitrə zəkatı da daxil olmaqla) seyyidlərə verə bilməzlər.


Etiketlər:  Şəriətə görə seyyidlə seyyid olmayanın hansı fərqi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ