Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur aktyor xəstəlikdən vəfat etdi - FOTO

Məşhur aktyor xəstəlikdən vəfat etdi - FOTO

Tarix: 13 Dekabr 2023 13:40

Amerikalı aktyor Andre Brauer vəfat edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyor 61 yaşında xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Andre ilk dəfə "Şöhrət" filmində "Birlik" adlı əsgər obrazını canlandırıb.

O, iki dəfə "Emmi" mükafatı laureatıdır: "Qətl: Küçədəki həyat" (1993-1999) serialındakı detektiv "Frenk Pemblton" roluna və "Oğru" (2006) serialındakı cinayətkar "Nik Atuoter" obrazına görə mükafatlar alıb. (2006). O, həmçinin məşhur "Bruklin 9-9" (2013-2021) layihəsində rol alıb.

O, 1997-ci ildə "People" jurnalı tərəfindən "Dünyanın ən gözəl 50 insanı"ndan biri seçilib.


Etiketlər:  Məşhur aktyor xəstəlikdən vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ