Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təşviş, nevroz və panik atakda hansı analizləri verməli?

Təşviş, nevroz və panik atakda hansı analizləri verməli?

Tarix: 14 Dekabr 2023 08:27

Təşviş pozuntusu, depressiya, nevroz, panik atak - nevroloji, psixoloji xəstəliklər hesab olunsa da, əslində hər bir xəstəliyin fizioloji səbəbləri də ola bilər.

Orqanizmdə bir çox xəstəliklər var ki, onlar da eyni simptomları verir. Ona görə bu problemləri olanlar bəzi analizləri verib, əmin olmalıdırlar.

Milli.Az həmin analizləri, müayinələri təqdim edir. Psixoterapevt və nevroloqa getməzdən əvvəl bunları yoxlayın:

1. Ümumi qan analizi, hemoqlobin

Qanazlığı, anemiya, hemoqlobin azlığı insanda apatiya, təşviş, yorğunluq, halsızlıq, enerji itkisi, hipoksiya baş verir. Ürək ritmi artır, təşviş panik ataklara səbəb olur.

2. Ferritin, dəmir analizi

Ferritin, dəmir azdırsa, yaddaş pozulması, diqqət yayılması, qıcıqlanma, təşviş, həyəcan, baş spazmları, hətta başgicəllənmə mümkündür.

3. Hormonlar - T3, T4, TH

Qalxanvari vəzin işi pozulduqda, xüsusən qadınlarda nevroz, depressiya, təşviş, halsızlıq - bir sözlə psixoz hallar mütləq olur. Bu insanlarda panik ataklar da baş verir

4. D və B 12 vitamini analizi

Bu vitaminlərin azlığı psixi vəziyyətə birbaşa təsir edir. Xəstədə depressiya, xroniki yorğunluq, ağrılar, gücsüzlük olur.

5. Onurğa, boyun müayinəsi

Onurğada problemlər birbaşa başa, beyinə təsir edir. Bu isə psixoloji problemlər yaradır. /medicina.az

Milli.Az


Etiketlər:  Təşviş nevroz panik atakda hansı analizləri verməli


RƏYLƏR