Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2023 22:08
Nikol Paşinyan Azərbaycanı revanşın olmayacağı, hücuma keçilməyəcəyinə inandırmaq üçün hər şeyi etməyə hazırdır.
Sonxeber.net globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni siyasi ekspert Artur Martirosyan deyib.
O, Paşinyanın xalqı artıq Azərbaycanla sülhə hazırlamağa çalışdığını bildirib:
"Nikol erməniləri Qarabağ məsələsinin bağlanmasının və sülhün əldə edilməsinin daha doğru qərar olduğuna inandırmalıdır. Əlaqələr yaranmağa başladıqdan sonra İrəvan bir sıra iqtisadi dividentlər qazanacaq ki, bunu da insanlara müsbət nəticə kimi təqdim edəcəklər.
Paşinyanın fikrincə, "erməni soyqırımı" məsələsi də bağlanmalıdır. O, türk dünyası üçün məqbul sayılacaq addımları atmağa çalışır. İnsanların düşüncəsini öyrənmək və müxalifətin nəbzini yoxlamaq üçün müxtəlif yolları sınayırlar. Məsələn, dərsliklər vasitəsilə bunu etdilər, lakin əhalinin narazılığından sonra ara sakitləşdi. Amma geri çəkilməyəcəklər".