Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pis insanların canvermə anları

Pis insanların canvermə anları

Tarix: 15 Dekabr 2023 03:00

Quran günahkarların ölüm anını belə təsvir edir:

1- "Mələklər (küfr etməklə, Allaha şərik qoşmaqla) özlərinə zülm edənlərin canlarını aldıqda onlar (ölüm qorxusundan Allahın əmrinə) təslim olub: "Biz heç bir pislik etmirdik!" -deyəcək (mələklər də onlara belə cavab verəcəklər): "Xeyr, (elə deyildir) Allah sizin nələr etdiyinizi çox yaxşı bilir!" (Nəhl, 28).

Bəli, həyatı boyu hiylə və yalan danışan insan ölüm və qiyamət anında belə əxlaqını itirmir, ən həssas anlarında mələklərə və Allaha yalan danışır.

2- "Kaş sən zalımları ölüm əzabı içində çapalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!" -dediklərini görəydin!" (Ənam, 93).

Bu cür ölüm iki səbəbə görədir ki, bunlar da ayənin davamında bildirilir:

Biri odur ki, onlar Allaha yalan demişlər.

Başqa bir şey də budur ki, onlar onun ayələrinə tabe olmamışlar.

Bu ayədə möminlərə verilən müjdə əvəzinə hər şeyi əhatə edən şiddət mənasına gələn "ğəmərat" kəlməsindən istifadə edirib. "Təvəffa" (canlarını almaq) mələklərdən canlarını alması əvəzinə məmurlar onlara deyərlər: Canınızı verin, çünki bu, bir növ onları təhqir etməkdir.

3- "(Kafirlərə) edilmiş xəbərdarlığı unutduqları zaman (küfrlərini daha da artırmaq məqsədilə) hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. (Kafirlər) özlərinə verilən nemətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular!" (Ənam, 44).

Bu ayədən əvvəl Allah buyurur: Biz insanlara peyğəmbərlər göndərdik, lakin onlar müxalif oldular. Biz xəbərdarlıq olaraq o müxalifləri sıxıntı və müsibətlərlə üzləşdirdik ki, qəflət yuxusundan oyanıb Allaha dua edib tövbə etsinlər. Amma məstliklə öz həyatlarına davam etdilər. Biz başqa bir yol seçdik.

O da bu idi ki, bu unutqan və laqeyd insanları hər cür sevinc və nemətlərlə məşğul etdik. Onlar əyləncəyə, ləzzətə, uğura başları qarışan kimi birdən gücümüzlə onların hamısını götürdük.

Bəli, bu yol o insanlar üçündür ki, peyğəmbərlər, xəbərdarlıqlar və hadisələr onları ayıltmır.

4-"(Ya Rəsulum!) Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: "Dadın atəşin əzabını!" -deyib canlarını alanda görəydin!" (Ənfal, 50).

Başqa bir ayədə deyildiyi kimi: "Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq?" (Məhəmməd, 27). Bu cinayətkarlar öldükdə, mələklər can almaq üçün onların yanına gəldikdə nə vəziyyətə düşürlər? hər cür qorxu və ayrılıqlarla, insani təhlükələrlə qarşı-qarşıya qalırlar, onları qorxudur, təsəlli vermək əvəzinə, sillə vurub canlarını alırlar.

5-"Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlar) deyəcəklər: "Siz (hicrət zamanı) nə iş görürdünüz? (vəziyyətiniz necə idi?)" Onlar söyləyəcəklər: "Biz yer üzərində zəif (aciz) kəslər idik." (Mələklər də onlara:) "Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?"- deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!" (Nisa, 97).

Bəli, müsəlman qeyri-islami düşüncə və şəraitin təsiri altında olan bir ərazidə olan kimi öz əqidəsini, düşüncəsini və imanını qorumaq üçün hicrət etməsi vacibdir və heyvandan aşağı olmamalıdır. Çünki bir qrup heyvanın həyatlarını davam etdirmək üçün müxtəlif ərazilərə köç etdiyini görürük.

Bir sözlə, mələklərin ölüm anında bu iradəsiz və dünyapərəst insanlarla etdikləri və onları utandırdıqları söhbətlərdən biri də onları günah mühitindən çıxmadıqlarına görə tənqid etməkdir.


Etiketlər:  insanların canvermə anları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ