Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA İşçi Qrupunun tam tərkibi bilindi, ilk iclas keçirildi

AFFA İşçi Qrupunun tam tərkibi bilindi, ilk iclas keçirildi

Tarix: 15 Dekabr 2023 13:14

Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizəd məşqçilərin müəyyən edilməsi üçün yaradılan AFFA İşçi Qrupunun tam tərkibi müəyyənləşib.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, qurumun vitse-prezidenti Elşad Nəsirov İşçi Qrupunun sədri, Vaqif Sadıqov (vitse-prezident), Zaur Axundov (İcraiyyə Komitəsinin üzvü), Sərxan Hacıyev (Baş katib), Elxan Səmədov (PFL-in prezidenti) və Fikrət Hüseynov (AGİN Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri) üzv təyin edilib.

Bu gün İşçi Qrupun tam tərkibdə ilk onlayn iclası keçirilib. İclasda ümumi fikir mübadiləsi aparılıb.

Milli.Az


Etiketlər:  AFFA İşçi Qrupunun tam tərkibi bilindi ilk iclas keçirildi


RƏYLƏR