Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" "pley-off"da ilk oyunu səfərdə keçirəcək! - Püşkatmanın detalları

Tarix: 15 Dekabr 2023 16:34

Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi ilə bağlı təfərrüatlar bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" 1/16 final mərhələsinin püşkatmasında səpələnmişlər səbətində yer alacaq. Ağdam təmsilçisi ilə yanaşı Avroliqada qrup ikinciləri olan digər 7 komanda - "Olimpik" (Fransa), "Renn" (Fransa), "Roma" (İtallya) "Sparta Praqa" (Çexiya), "Sportinq" (Portuqaliya), "Tuluza" (Fransa) və "Frayburq" (Almaniya) səbətlənmişlər səbətinə düşüb.

1/16 finalda bu komandaların rəqibləri Çempionlar Liqasında qrup 3-cüsu olan 8 komanda olacaq: "Qalatasaray" (Türkiyə), "Lans" (Fransa), "Braqa" (Portuqaliya), "Benfika" (Portuqaliya), "Feyenoord" (Niderland), "Yanq Boyz" (İsveçrə), "Milan" (İtaliya), "Şaxtyor" (Ukrayna). Onlar səpələnməmişlər səbətində yer alıblar.
 
Pley-off mərhələsində eyni ölkəni təmsil edən komandalar bir-birinə rəqib ola bilməyəcəklər. "Qarabağ" da daxil olmaqla səpələnmişlər səbətindəki 8 komandanın hamısı ilk oyunu səfərdə, cavab matçını evdə keçirəcəklər.

İlk matçlar 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar 1/8 finala vəsiqəni təmin edən Avroliqanın qrup birinciləri ilə qarşılaşacaqlar.

1/16 finalın püşkatma mərasimi dekabrın 18-də UEFA-nın Nyon (İsveçrə) şəhərindəki qərargahında keçiriləcək. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Milli.Az


Etiketlər:  Qarabağ pley offda ilk oyunu səfərdə keçirəcək Püşkatmanın detalları


RƏYLƏR