Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2023 08:52
ABŞ və Avropa Birliyi Ukraynaya əlavə yardım göstərməsə, Ukrayna Rusiya ilə müharibədə uğursuzluğa düçar ola bilər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə CNN ABŞ və Avropa rəsmilərinə istinadən məlumat dərc edib.
"Bizimlə uğura zəmanət yoxdur, lakin bizsiz onlar mütləq uğursuz olacaqlar", - ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi bildirib.
Qeyd olunub ki, Qərb rəsmiləri ABŞ-ın dəstəyinin itirilməsi və ya gecikməsinin müttəfiqlərinin yardım göstərməsinə təsir edəcəyindən qorxurlar. Macarıstanın da maliyyə dəstəyinin qarşısını alması AB-ni daha da çətin duruma salıb.
"Qərb kəşfiyyat agentlikləri indi Ukraynanın ABŞ və NATO-nun köməyi olmadan nə qədər davam gətirə biləcəyini hesablayır. ABŞ-ın yüksək rütbəli hərbi məmurlarından biri hesab edir ki, bu, bir neçə ay çəkə bilər", - CNN yazıb.