Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin bunun üçün qurbanlar verəcək - Çernyak

Putin bunun üçün qurbanlar verəcək - Çernyak

Tarix: 16 Dekabr 2023 09:56

Rusiya Ukraynanın daha çox ərazisini ələ keçirməyə çalışacaq, lakin böyük şəhərləri ələ keçirməyə gücü yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak deyib.

"Bizim hesablamalarımıza görə, onların şəhərlərimizi işğal etməyə gücü yoxdur. İnsan resursu - bu, bir məsələdir. Lakin işğal və əldə saxlamaq üçün səfərbər edilmiş təcrübəsiz hərbçilərdən daha çoxu gərəkdir. Kreml çıxılmaz vəziyyətə düşüb, çünki ələ keçirmədikləri əraziləri ilhaq etdikləri barədə ictimaiyyətə məlumat verib. Buna görə də Putin rus əsgərləri qurban edərək nə isə əldə etməyə çalışır.

Bəli, Moskvada insanları deyil, pulları sayırlar. Onların müharibə üçün maliyyə resursları 2025-ci ilə qədər çatacaq", - deyə o bildirib.

Milli.Az


Etiketlər:  Putin bunun üçün qurbanlar verəcək Çernyak


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ