Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin 15 dərəcə şaxtada papaqsız danışdı - Züqanov qamçılamağı təklif etdi

Putin 15 dərəcə şaxtada papaqsız danışdı - Züqanov qamçılamağı təklif etdi

Tarix: 16 Dekabr 2023 20:44

Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov Rusiya prezidenti Vladimir Putinin Severodvinskdə soyuqda papaqsız danışmasına icazə verənləri qamçılamaq lazım olduğunu bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Dövlət Dumasında fraksiya liderlərinin görüşü zamanı Putin Severodvinska səfərindən bəhs edib.

Öz növbəsində Züqanov Rusiya liderinin səhhətindən narahat olduğunu bildirib və onun diqqətini çıxışı zamanı baş geyimində olmamasına yönəldib.

"Bağışlayın, sizi papaqsız buraxanı qamçılayardım. Sadəcə mənfi 15 dərəcə", - Züqanov deyib.

Putin isə cavab olaraq bildirib ki, bu iradları şəxsən özünə qəbul edir. "Qamçılamaq - bu bizim üçün asandır, biz bunu edə bilərik", - deyə prezident zarafat edib.

Milli.Az


Etiketlər:  Putin 15 dərəcə şaxtada papaqsız danışdı Züqanov qamçılamağı təklif etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ