Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xoşqədəmdən məhkəmədə uduzduğu Ayselə sərt mesaj - FOTO

Xoşqədəmdən məhkəmədə uduzduğu Ayselə sərt mesaj - FOTO

Tarix: 16 Dekabr 2023 20:55

Müğənni Aysel Əlizadə və aparıcı Xoşqədəm Hidayətqızı arasında 4 il sürən məhkəmə çəkişməsi bu günlərdə bitib. Prosesdə müğənni aparıcıya qalib gəldiyi haqda sosial şəbəkə hesabında post paylaşıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, qalmaqallı məsələ ilə bağlı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında Turanə Nəcəfovanın (2019-cu ildə Turanə Nəcəfova "Səni axtarıram" ictimai-sosial verilişinin efirinə çıxaraq Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib) fotosunu paylaşaraq qarşı tərəfə, yəni Ayselə sərt mesajlar ünvanlayıb:

"Bu qadına diqqətlə baxın! Adı Turanədir, ailəsini dağıtdılar. İki bacı bu gün ayrı-ayrı evlərdə yaşayırlar. Bu qadının səsi oldum, evini, alimentini aldım, iki bacının eyni məktəbdə oxumasına nail oldum! Onu qorumaqda davam edirəm. Yəni əxlaqlı, məşuq hesabına ev, avtomobil sahibi olmayan qadınlar üçün ölümə belə gedərəm.

Gələcək nəsillər, əxlaqlı oğul, qız sahibi olmaq üçün biz belə əxlaqlı Azərbaycan qadınlarını qorumalıyıq. Mən qoruyuram və bundan sonra da qoruyacağam. Əxlaqsız, evli kişilərin yuvasını dağıdanlar nəzarətim altındadır. Bu yaxınlarda yeni foto və videolarla, üzr istəyirəm həm də səs yazıları ilə bu dəfə başqa-başqa evi yıxılan, yuvası dağıdılan bir yetimi tanıyacaqsınız. Sizi sevirəm".

Qeyd edək ki, 4 il əvvəl sözügedən proqramda müzakirə əsnasında Xoşqədəm Hidayətqızı "Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm..." kimi fikirlər səsləndirib.

Aysel X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətini alçaltdığını əsas gətirərək təzminat iddiası qaldırıb. İddiaya 3 il müddətində müxtəlif məhkəmə orqanlarında baxılıb və bu günlərdə Bakı Apellyasiya Məhkəməsi yekun qərar çıxarıb. Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3000 manat təzminat ödəməlidir.

Milli.Az


Etiketlər:  Xoşqədəmdən məhkəmədə uduzduğu Ayselə sərt mesaj FOTO


RƏYLƏR