Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ançelotti: "Bu, futbolun tarixini dəyişəcək"

Ançelotti:

Tarix: 16 Dekabr 2023 21:40

"Real"ın baş məşqçisi Karlo tezliklə Ançelotti Avropa Superliqasının yaradılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, mütəxəssis deyib: "Bu məsələyə münasibət bildirmək üçün dekabrın 21-də nə baş verəcəyini gözləmək lazımdır.

Bu, futbolun tarixini dəyişəcək.. Matç təqvimi və daha çox şey dəyişə bilər. Ancaq biz səbirli olmalıyıq".

Xatırladaq ki, daha əvvəl mətbuatda "Real"ın prezidenti Florentino Peresin iki və ya üç diviziondan ibarət Avropa Superliqasının yaradılması ilə bağlı 50-60 klubla danışıqlar apardığı barədə məlumatlar yayılmışdı. Avropa Superliqasının yeni versiyasının oyunlarının Çempionlar Liqası, eləcə də Avropa Liqası və Konfrans Liqası günlərində keçirilməsi planlaşdırılır. 

Avropada yeni futbol turnirinin yaradılması üçün vacib məqamın UEFA və FİFA-ya qarşı antiinhisar işi ilə bağlı Avropa İttifaqı Məhkəməsinin çıxardığı qərar olduğu vurğulanır. Əgər məhkəmə bu qurumların futbol yarışlarında monopoliyasının qanunsuz olduğunu tanısa, o zaman klublar hansı turnirdə iştiraka üstünlük verdiklərini seçmək imkanı əldə edəcəklər. Bu iş üzrə məhkəmə iclası bu il dekabrın 21-də olacaq.

Milli.Az


Etiketlər:  Ançelotti Bu futbolun tarixini dəyişəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ