Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Girovların ölümünə görə məsuliyyəti üzərinə götürdü

Girovların ölümünə görə məsuliyyəti üzərinə götürdü

Tarix: 17 Dekabr 2023 12:12

İsrail Ordusunun Baş Qərargah rəisi Hersi Halevi Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan 3 girovun səhvən ölkənin silahlı qüvvələri tərəfindən qətlə yetirdiyi faciəli insidentə görə məsuliyyəti öz üzərinə götürüb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə o, "Yedioth Ahronoth" qəzetinə bildirib.

İsrail ordusu və onun komandiri olaraq mən baş verənlərə görə məsuliyyət daşıyırıq və gələcəkdə oxşar hadisələrin baş verməməsi üçün hər şeyi edəcəyik. İsrail Müdafiə Ordusunun əsgərləri və komandirləri daha çox girovları diri xilas etmək istəyirlər. Bu vəziyyətdə bacarmadıq. Ölənlərin ailələri ilə birlikdə dərin rəğbət və kədər hissi keçiririk", - o deyib.

Daha əvvəl İsrail ordusunun mətbuat xidməti bildirmişdi ki, Qəzza zolağında gedən döyüş zamanı əsgərlər səhvən üç israilli girovu təhlükə olaraq tanıyıb, onlara atəş açıb və onları öldürüblər. Bəyanatda qeyd olunur ki, İsrail ordusu bu faciəvi hadisədən dərin təəssüf hissi keçirir və həlak olanların ailələrinə başsağlığı verir. İsrail ordusu əlavə edib ki, onun missiyası "itkin düşənləri tapmaq və bütün girovları evlərinə qaytarmaqdır".


Etiketlər:  Girovların ölümünə görə məsuliyyəti üzərinə götürdü


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ