Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2023 07:04
Din; "deyn" kimi, borc münasibəti yaratmaq mənasında olan "d-y-n" kökündən yaradılmış isimdir. Ümumi olaraq Quranda hesab, cəza, ölçü, hökm və qanun mənasında işlədilir.
İslam sözü isə "təslim olmaq" mənasına gəlir. Toxunulmazlıq, sülh, əmin-amanlıq anlamını daşıyan "salam" kəliməsi də eyni kökdən yaranmışdır.
İslam dini Uca Allahın qulları üçün göndərdiyi dinin adıdır.
"İbrahim bunu oğullarına vəsiyyət etmişdi. Yaqubda həmçinin belə etdi. Belə dedilər "Övladlarım! Allah sizin üçün bu dini seçdi; son nəfəsinizə qədər müsəlman olun." (Bəqərə 2/132)
İslam dini, Allahın insanlara təklif etdiyi və bu təklifə əməl etməsini istədiyi qayda-qanunlardır.
Canlı-cansız bütün varlıqların təbiətinə uyğun olan həyat tərzidir İslam dini. Allah bu dini Fitrət dini adlandırır. Allah belə buyurur:
Sən üzünü birbaşa bu dinə, Allahın fitrətinə çevir. O, insanlara ona uyğun yaratmışdır. Allahın yaratdığının yerini heç nə tuta bilməz. Budur doğru din bu dindir. Amma çox insan bunu bilmir. (Rum 30/30)
Dindəki qayda qanunları Allah qoyduğu üçün heç kimə onun dinində öz qənaətinə görə qərar verməyə icazə vermir. O, doğrunu və əyrini göstərdikdən sonra bəndələrini din mövzusunda yəni Allahın qayda-qanunlarına uyğun tərzdə yaşamaq və yaxud yaşamamaqda insanları sərbəst buraxır. Yəni hər kəs Allahın əmirlərinə əməl edə də bilər etməyə də bilər. Nəticədə hər kəs özü Allaha cavab verəcək.
Dində məcburiyyət olmaz/yoxdur. [1]Doğru və yanlış biri-birindən tamamilə ayrılmışdır. Kim azğınları tanımaz Allaha inanıb-güvənsə, qopmayan ən sağlam bir qulpa yapışmış olar. Allah eşidir, bilir. (Bəqərə 2/256)
Nəbi və Rəsullar/elçilər insanları haqq dinə dəvət edirlər[2]. İnsanların çoxu Allahın göndərdiyi din haqqında fikir ayrılığına düşdükdə, arzu və istəklərinə uyaraq öz dinin inananı/dindarı olurlar[3].
"Kimlərəsə bağlanaraq dinlərini bölənlər kimi olmayın. Hər məzhəb/camaat özlərində olanlarla öyünürlər. (Rum 30/32)
Quranda Allahın dini xaricində olan həyat tərzi eyni adla adlanır yəni ona da din deyilir. "Sizin dininiz sizə, mənim dinim mənə" deyilir.[4] Digər dinlərlə müqayisə edilməsi üçün Allah belə deyir: Elçisini o Rəhbərlə (Quranla) haqq din ilə göndərən Odur. Onu bütün dinlərin üstünə çıxarmaq üçün belə etmişdir. Şahid olaraq Allah yetərlidir/kifayətdir. (Fəth 48/28)
Belə olan halda kainatdakı bütün baş verənlər, bir anlamda Onun sisteminə uyğun faaliyətini davam etdirir. Bizim cansız dediyimiz iradəsiz varlıqlar bu sistemə zidd hərəkət edə bilmirlər. İradəsiz varlıqlar Sünnətullaha/Allahın qayda-qanununa uyğun olaraq vəzifələrini icra edirlər[5]. İnsanlar isə bu sistemə zidd hərəkət edə bilir və imtahan edilirlər. Bunun üçün Uca Yaradan onlara, kainatda qoyduğu qayda-qanunlara görə hərəkət etmələrini, hər hansı bir şeyin fitrətini pozmamaları, qan tökməmələri, əmin-amanlıq və sülh içərisində yaşamalarını istəyir.
Bütün canlı və cansız varlıqlar Allaha mütləq şəkildə təslim olublar. İnsan və cinlərdən başqa Allahın qayda-qanunları qarşısında öz iradəsi ilə hərəkət edə bilən başqa varlıq yoxdur. İnsan və cinlərin yaradılma məqsədi imtahan edilmək olduğu üçün bunlara doğru və yaxud yanlışı seçmək haqqı verilib. Bunlardan başqa heç bir varlıq Allahın qanunlarından kənar nə bir həyat tərzi seçə bilər nədə ki, belə şeyi təsəvvürünə gətirə bilər (seçim nədir bunu başa düşməz). Ayə belədir: Allahın dinidən başqa din axtarırlar? Halbuki göylərdə və yerdə kim varsa, istəyərək və yaxud istəməyərək Allaha təslim olmuşdur. Hamısı Onun hüzuruna qayıdacaq. (Əli-İmran 3/83)
Bütün kainatı O yaratdığı üçün Onun sisteminə təslim olanlar (əməl edənlər), Onun (Allahın) dinin dindarı olurlar. Buna görə də Onun dinin dindarına "müslim" (müsəlman/tam təslim olan) adı verilib.[6]
Nəticə olaraq İslam dinini "Allahın insan fitrətinə yerləşdirdiyi və həyata keçirmək istədiyi sorumluluqların cəmi" adlandıra bilərik. Buna inanıb, həyatına əks etdirən şəxsə Rəbbimiz mömin deyir. Bütün bu həqiqətlərə göz yumub, öz bildiyi kimi inanıb yaşayana da kafir deyir.
[1] Dinin təməli imandır. İmanın təməli isə bir bir şeyi ürəkdən təsdiq etməkdir. Qəlbdəki imanı ancaq şəxsin özü və Allah bilir. Qəlb insanın ən azad yeridir. Ona görə də heç kimə bir fikiri məcburi qəbul etdirə bilmərik. Bu səbəbə görədə heç kimə məcburi ibadət et diyə bilmərik. Çünki bu ibadəti Allah üçün yox məcburiyyətdən edəcək. Allahda ibadətin və iman özü üçün olmağını istəyir məcburiyyətdən yox.
[2] Tövbə 9/33
[3] Mömin 40/26; Ənam 6/137
[4] (Kafirun 109/6)
[5] Nəhl 16/48-50; Rad 13/15
[6] Həcc 22/78