Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2023 13:20
Bu zəlzələ qorxusu bizi öldürəcək. Bakıya qaçmaq istəyirəm.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu sözləri ailə qurduqdan Türkiyəyə köçən aparıcı Gülnarə Məmmədova sosial mediada yazıb. Türkiyədə tez-tez baş verən zəlzələlərdən yazan həmyerlimiz bildirib ki, Bakıya qayıtmağı düşünür:
"İnanın Bakıya köçməyi çox istəyirəm, amma yoldaşımın işi burdadır. Türkiyənin dadı-duzu qalmayıb".
Qeyd edək ki, G.Məmmədova keçmiş ANS kanalında çalışıb. O, "Kamerton" verilişinin aparıcısı olub. Gülnarə 2015-ci ildə türkiyəli iş adamı Özgürlə ailə qurub.