Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kim deyir ki, Bakı Qarabağa görə rusyönlü olacaq?

Kim deyir ki, Bakı Qarabağa görə rusyönlü olacaq?

Tarix: 19 Dekabr 2023 07:14

Kim deyir ki, Azərbaycan həmişə rusiyayönlü olacaq və Qarabağa görə Moskvaya sadiq qalacaq? Bakı sadəcə olaraq hesab edir ki, Moskva, nəhayət, düzgün mövqe tutub.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ İnstitutunun Beynəlxalq Tədqiqatlar İnstitutunun Avro-Atlantika Təhlükəsizliyi Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov erməni mediasına ("Güc faktoru" proqramına) açıqlamasında deyib.

"Ermənistanla bağlı sual da yaranır: Fransa silahları Qarabağın qaytarılmasına kömək edəcəkmi və yaxud Qərb hansısa təminat verə bilərmi? Qərb göstərdi ki, seçim etməyə o qədər də hazır deyil və bu seçimi də etməyəcək", - o bildirib.

Onun sözlərinə görə, Moskvanın Qərblə münaqişəyə görə daha çox Türkiyə və Azərbaycana üz tutacağı, Qərbin də bu səbəbdən həmişə Ermənistanın yanında olacağına ümid artıq yoxdur:

"Yəqin ki, Rusiya-Ermənistan münasibətləri əvvəlki kimi olmayacaq, yəqin ki, o səviyyədə şişirdilmiş gözləntilər olmayacaq, sovet ətaləti də olmayacaq. Bu münasibətlər daha praqmatik olacaq, amma olacaq".


Etiketlər:  deyir Bakı Qarabağa görə rusyönlü olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ