Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İraqda helikopter qəzaya uğradı: Ölən və yaralanan var

İraqda helikopter qəzaya uğradı: Ölən və yaralanan var

Tarix: 19 Dekabr 2023 08:46

İraq ordusunun hərbi helikopteri Salah-əd-Din əyalətinin Hilva hava limanından qalxarkən qəzaya uğrayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə zamanı helikopter heyətinin komandiri, aviasiya polkovniki Mərvan Cəlal həlak olub, pilot, kapitan Alaa Salman yaralanıb.

Qəza əyalət şurası seçkiləri üçün keçirilən təhlükəsizlik missiyası zamanı baş verib.

Hadisənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilir.

Milli.Az


Etiketlər:  İraqda helikopter qəzaya uğradı Ölən yaralanan var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ