Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yol polisi xəstə qadına belə kömək etdi - VİDEO

Yol polisi xəstə qadına belə kömək etdi - VİDEO

Tarix: 19 Dekabr 2023 16:44

"Facebook" sosial şəbəkəsində Elçin Əfəndiyev adlı istifadəçinin paylaşımı diqqət çəkib.

Milli.Az bildirir ki, sözügedən videoda yol polisi əməkdaşının səhhəti ilə bağlı ciddi problem yaşayan qadına necə kömək etməsi əks olunub.

Elçin Əfəndiyevin rastlaşdığı hadisə barədə bunları qeyd edib:

"Bir qədər əvvəl gördüyüm hadisə çox təqdirəlayiq olduğu üçün paylaşmaya bilməzdim.
Avtomobilimi Şərifzadə küçəsində yenicə saxlamışdım ki, gördüm bir DYP avtomobili və bir mülki avtomobil qarşımda saxladı. İlk təsəvvürüm o oldu ki, yəqin sürücü qayda pozub və ona görə DYP əməkdaşı qovaraq burada saxladı. Bu an mülki avtomobildən bir nəfər gənc xanım düşdü. O demək olar ki, yeriyə bilmirdi. DYP əməkdaşı xanıma kömək edərək yaxınlıqdakı binaya daxil olmasına yardım etdi. O gələnədək mülki avtomobilin sürücüsündən nə baş verdiyini soruşdum. Deyir xanımın anidən halı dəyişdi. Böyrəyindən sancı tutdu. Dedi evə çatdırın məni dərmanlarım var, təcili içməliyəm. Yol tıxac olduğu üçün çarəsiz idim. Bir qədər irəlidə DYP əməkdaşını görüb yaxınlaşdım və vəziyyəti izah etdim. İlk qərar xəstəxanaya aparmaq oldu, amma xanım israr etdi ki, evə çatdırın məni. O da bizə yardım üçün yolu aça-aça gətirdi.
Az sonra polis gəldi, adını soruşdum demədi, təşəkkür edib şəklini çəkdim.
Hər bir sahə üzrə pis də var yaxşı da. Pisi paylaşdığımız kimi gərək yaxşıları da paylaşaq, təbliğ edək, bəlkə pislər üçün də örnək olar".

Həmin görüntünü təqdim edirik:

Milli.Az


Etiketlər:  Yol polisi xəstə qadına belə kömək etdi VİDEO


RƏYLƏR