Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2023 17:32
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Gürcüstana Avropa İttifaqına (Aİ) namizəd statusunun verilməsi, Ukrayna və Moldova ilə danışıqlara başlanılması bu ölkələrin təşkilata üzvlüyünə zəmanət vermir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, o, bunu Macarıstandan qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Namizəd statusunun verilməsi o demək deyil ki, onlar Avropa İttifaqına üzv olacaqlar. Bu prosesə start verildikdən sonra o, daha da uzanacaq", - o bildirib.
Prezident qeyd edib ki, Aİ Türkiyə ilə münasibətlərə indi diqqətlə yenidən baxmalıdır: "Türkiyə Aİ-yə üzv olmağa digər ölkələrlə müqayisədə daha hazırdır. Lakin siyasi maneələrə görə biz uzun illər gözləmək məcburiyyətində qalmışıq".