Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bağırsağın ən ağır xəstəliyi – Kronun erkən əlaməti

Bağırsağın ən ağır xəstəliyi – Kronun erkən əlaməti

Tarix: 19 Dekabr 2023 21:30

Kron - həzm sisteminin autoimmun xəstəliyidir. Bu zaman bağırdsaq hüceyrələri özü özlərinə düşmən kəsilir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq Nataliya Naumova kronun səbəbləri və ilkin əlamətlərini açıqlayıb.

"Bu xəstəliyin səbəb və inkişaf mexanizmi çox mürəkkəbdir. Əsas triggerlər: siqaret, alkoqol, dərmanlar, stress və genetikadır.

Əsas simptomları:

- Qarında tutma şəkilli ağrılar
- Diareya, ishal - gündə 4-5 dəfə

- Nəcisdə qan
- Arıqlama, iştahsızlıq

- Oynaq, dəri, gözlərin zədələnməsi

Simptomlar uzun müddət, yavaş inkişaf edir, ağırlaşmalara səbəb olur: bağırsaq keçməməzliyi, abseslər, qonşu orqanların iltihabı, gözlərdə problem, anal çatlar və s.

Bu xəstəliyin tam müalicəsi və xüsusi effektiv dietası yoxdur.

Amma bəzi qidalar var ki, simptomları kəskinləşdirir: bunlar acı, yağlı qidalar, taxıl məhsulları, kofein, alkoqol, bəzi meyvələrdir.

Belə xəstələrə zülal əsaslı qidalanma lazımdır.

Xəstələr aşağıdakı qidalardan uzaq durmalıdır:

- Alkoqol, pivə
- Qazlı içkilər
- Marqarin, mayonez
- Qəhvə, çay, şokolad
- Yağlı, qızartma yemək
- Göyərti
- Qarğıdalı
- Paxlalılar
- Çiy tərəvəz, çiy meyvə
- Acı istiot

Milli.Az


Etiketlər:  Bağırsağın ağır xəstəliyi Kronun erkən əlaməti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ