Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daim yorğunluq hiss edənlər bu analizləri versin

Daim yorğunluq hiss edənlər bu analizləri versin

Tarix: 19 Dekabr 2023 21:45

Xroniki yorğunluq, enerjisizlik və halsızlığı olanlar terapevt və endokrinoloq müayinəsindən keçməlidir.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, endokrinoloq Marina İvanova yorğunluq zamanı təyin olunan analizləri açıqlayıb.

"Əgər siz normal qidalanırsızsa, istirahət və iş rejimi normaldırsa, amma yorğunluq azalmırsa, bu analizlər təyin olunur.

- Qanın ümumi analizi - hemoqlobin, vitamin azlığı

- Dəmir, ferritin - hemoqlobin normal olsa da, dəmir yoxlanmalıdır.

- Qalxanvari vəzin hormonları- TSH və s. Çünki zob xəstəliyində də yorğunluq olur.

- D, B12 vitamini - defisitlər zamanı iş qabiliyyəti azalır.

Eyni zamanda xəstənin təzyiqi yoxlanılır, USM olunur və böyrəküstü vəziləri, stress səviyyəsi yoxlanılır".


Etiketlər:  Daim yorğunluq hiss edənlər analizləri versin


RƏYLƏR