Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2023 07:04
Qvineyanın paytaxtı Konakri şəhərinin mərkəzində yanacaq anbarında baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə hökumətin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, tibb mütəxəssislərinin göstərdiyi səylərə baxmayaraq, daha dörd ölüm hadisəsi baş verib. Nəticədə ölənlərin sayı 18-ə çatıb.
Partlayış hökumət binalarının yerləşdiyi Kalum rayonunda baş verib. Bildirilib ki, hadisənin səbəbini müəyyən etmək və günahkarları məsuliyyətə cəlb etmək üçün araşdırma aparılacaq.
Terminala dəymiş ziyanın həcmi hələlik bəlli deyil.