Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2023 17:00
Ermənistan hakimiyyət növbədənkənar seçki keçirmək fikrində deyil.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu hakim "Mülki müqavilə" partiyasından olan deputat Armen Xaçatryan deyib.
"Növbədənkənar seçkiyə niyə getməliyik, problem nədir? Belə bir müzakirə olmayıb. Konstitusiyaya görə, parlament 5 il müddətinə seçilir. Müddət bitdikdən sonra yeni seçki olacaq", - o bildirib.
Qərbin növbədənkənar seçkiyə meyilli olmasına dair söz-söhbətlərə cavab olaraq Xaçatryan qeyd edib ki, Qərb heç nəyə meyilli deyil:
"Mən hazırda növbədənkənar seçkiyə ehtiyac görmürəm".