Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ömürlük məhkum anasının köməyilə həbsxanadan qaçdı

Ömürlük məhkum anasının köməyilə həbsxanadan qaçdı

Tarix: 20 Dekabr 2023 22:40

ABŞ-da anasının köməyi ilə həbsxanadan qaçan məhbus saxlanılıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, 7 yaşlı qıza təcavüz etdiyinə görə ömürlük həbs cəzasına məhkum edilən 39 yaşlı Robert Yansi dekabrın 17-də Texas ştatının Brazoriya qraflığındakı həbsxanadan qaçıb. Sonra anası Leonor Priestl onun yanına gəlib. Qadın oğluna kişi geyimlərini, eləcə də saxta vəsiqəni verə bilib.

Həbsxana paltarından qurtulan Yansi cəzaçəkmə müəssisəsini qohumu ilə birlikdə tərk edə bilib. O, avtomobillə naməlum istiqamətə gedib. Həbsxana işçiləri onun qaçdığını bilən kimi maşını axtarışa veriblər.

Həmin gün axşam saat doqquzda Priestl həbsxanadan təqribən 180 kilometr aralıda saxlanılıb və qaçırılan maşının içərisində olmayıb. Ertəsi gün Yansi koloniyadan 70 kilometr aralıda, Kulinq su anbarının yaxınlığındakı parkda istirahət edənlərin diqqətini çəkib və bu barədə polisə məlumat verilib.

Yansi hüquq-mühafizə orqanlarına saxta adla vəsiqə təqdim etməyə çalışsa da, o, tezliklə qaçdığını etiraf edib.

Məlum olub ki, Priestl əvvəllər nəzarətçi vəzifəsində çalışıb. Müstəntiqlərin sözlərinə görə, o, oğlunun qaçmasına kömək etmək üçün həbsxana qaydalarına dair biliklərindən istifadə edib. Nəticədə qadın və onun sevgilisi Rassel Uilyams qaçmağı təşkil etməkdə ittiham olunub.


Etiketlər:  Ömürlük məhkum anasının köməyilə həbsxanadan qaçdı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ