Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2023 08:30
əl-Kəhf surəsinin 60-82-ci ayələrin təfsiri Ubeyy ibn Kəb rəvayət edir ki, Peyğəmbər salləllahu aleyhi və səlləm belə demişdir: "Bir dəfə Musa İsrail oğullarına xutbə verərkən ondan: "İnsanların ən elmlisi kimdir?"- deyə soruşdular. Musa: "Ən elmli adam mənəm!"- dedi. Allah da buna gorə onu qınadı. Çünki, Musa bu haqda olan bilginin yalnız Allaha məxsus olduğunu demədi. Sonra Allah ona belə vəhy etdi: "İki dənizin qovuşduğu yerdə Mənim səndən çox bilən bir qulum vardır". Musa dedi: "Ey Rəbbim! Mən onu necə tapa bilərəm?" Allah buyurdu: "Zənbilə bir balıq qoy və yola düş; balığı harada itirsən, həmin adamı orada tapacaqsan". Musa xidmətcisi Yuşə ibn Nunla birgə yola düşdü və ozləri ilə zənbildə bir balıq goturdulər. Nəhayət, gəlib bir qayanın yanına çatdıqda başlarını yerə qoyub yatdılar. Bu əsnada balıq sakitcə zənbildən çıxıb dənizə düşdü və suyun altı ilə yol alıb getdi. Balığın yol alıb getməsi Musaya və onun xidmətcisinə qəribə gəlmişdi. Sonra qalxıb gecənin qalan hissəsini və bütün günü yol getdilər. Nəhayət, ertəsi gün səhər Musa ِöz xidmətcisinə: "Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük"- dedi. Musa Allahın buyurduğu yerdən gəlib keçincəyə qədər yorğunluq hiss etməmişdi. Xidmətçisi ona dedi: "Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum". Musa dedi: "Elə istədiyimiz də bu idi!" Sonra onlar ِöz ləpirlərinin izinə düşüb geri qayıtdılar". Nəhayət, qayanın yanına gəlib çatdıqda, orada əbasına bürünmüş bir adama rast gəldilər. Musa ona salam verdi. Xıdır soruşdu: "Sənin məmləkətində belə salam verməyi haradan oyrəniblər?" O: "Mən Musayam!"- dedi. Xıdır: "İsrail oğullarından olan Musa?"- deyə soruşdu. Musa: "Bəli!"- deyə cavab verdi, sonra da dedi: "Sənə oyrədilmiş doğru yolu göstərən elmdən mənə oyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?" Xıdır dedi: "Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən. Ey Musa! Mən Allahın mənə oyrətdiyi və sənin bilmədiyin bir elmi bilirəm. Sən də Allahın sənə oyrətdiyi və mənim bilmədiyim bir elmi bilirsən". Musa dedi: "İnşallah, səbirli olduğumu gorəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam". Sonra hər ikisi, gəmiləri olmadığından dənizin sahili ilə piyada getməyə başladılar. Bu əsnada bir gəmiyə rast gəldilər və onun yiyələrindən onları da gəmiyə götürməyi xahiş etdilər. Gəmidəkilər Xıdırı tanıdıqlarına gorə, onlardan muzd almadan hər ikisini gəmiyə götürdülər. Bu ərəfədə balaca bir sərçə gəlib gəminin yan tərəfinə qondu və dənizdən bir-iki damla su içdi. Xıdır dedi: "Ey Musa! Mənim və sənin elmin bu sərçənin dənizdən götürdüyü bir-iki damla su qədər belə Allahın elmini əskiltməz". Sonra Xıdır gəminin lövhələrindən birini sındırdı. Musa dedi: "Bu adamlar təmənnasız bizi gəmiyə goturdukləri halda sən onları suya qərq etmək üçünmü onların gəmilərini deşdin?!" Xıdır dedi: "Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?" Musa dedi: "Unutduğum bir şeydən ötrü məni qınama". Birinci dəfə Musa unutduğundan belə dedi. Sonra ikisi də yenə yola düzəldilər. Nəhayət, gəlib uşaqlarla bir yerdə oynayan bir oğlan uşağı ilə rastlaşdıqda Xıdır onu tutub əli ilə onun başını qopartdı. Musa dedi: "Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin?" Xıdır dedi: "Sənə demədimmi ki, mənim yanımda səbir edə bilməzsən?" Sonra yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Lakin camaat onları yeməyə qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər və Xıdır öz əli ilə onu duzəltdi. Musa dedi: "Əgər istəsəydin, bunun muqabilində zəhmət haqqı alardın". Xıdır dedi: "Bu, mənimlə sənin aranda ayrılıqdır". Peyğəmbər salləllahu aleyhi və səlləm dedi: "Allah Musaya rəhm etsin! Kaş ki, səbir edəydi, onda onların barəsində bizə daha çox xəbər verilərdi" (əl-Buxari, 119).