Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2023 13:12
Pakistan Ədalət Fəaliyyət Partiyasının (PTI) lideri Gohar Khan həbsdə olan keçmiş baş nazir İmran Xanın 8 fevral 2024-cü ildə keçiriləcək ümumi seçkilərdə həbsxanadan parlament namizədi olacağını açıqlayıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Ravalpindidə mətbuata açıqlama verən Gohar Xan məhbus İmran Xanın İslamabad, Lahor və Mianvalidən keçiriləcək ümumi seçkilərdə parlament üçün yarışacağını bildirib.
Mütəxəssislər Xanın seçkilərdə iştirakının çox vaxt aparacağını deyiblər. İmran Xan avqustun 5-də mühakimə olunduğu korrupsiya işi üzrə məhkəmə onun barəsində həbs qərarı çıxardıqdan sonra polis tərəfindən tutularaq həbsxanaya göndərilib.
Keçmiş Baş nazir Xanın mühakimə olunduğu korrupsiya işi çərçivəsində verilən 3 illik həbs cəzası avqustun 29-da təxirə salınıb.