Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çempionatda 8 komandanın olması xoşuma gəlir'' - Premyer Liqamızın bombardiri

''Çempionatda 8 komandanın olması xoşuma gəlir'' -  Premyer Liqamızın bombardiri

Tarix: 8 Noyabr 2019 17:04

Hazırda Azərbaycan Premyer Liqasında 5 qolla bombardir olan “Keşlə”nin paraqvaylı hücumçusu  Lorenzo Frutos Qol.az saytına müsahibə verib.

- Paraqvay çempionatında çıxış etmisiniz. Azərbaycanla ölkənizin çempionatlarının oxşar və fərqli cəhətləri nədir?

- Çox da oxşar deyil. Paraqvayda 12 komanda var və ildə 2 turnir keçirilir. Həmçinin, Paraqvayda stadionlara daha çox insan gəlir və futbol daha çox fiziki gücə əsaslanır. Azərbaycanda isə dinamik və sürətlidir. Həmçinin, burada meydançaların vəziyyəti daha yaxşıdır və bu mənim çox xoşuma gəlir.

-  "Keşlə"yə gəlməzdən əvvəl klub haqqında nə dərəcədə məlumatlı idiniz? Bu klubun ötən mövsümün sonuncusu olmasından xəbəriniz var idi?

- Mən Sezar Meza Kolli ilə tanış idim və bilirdim ki, 2 il əvvəl o, “Keşlə” ilə kubok qazanmışdı.

- 8 komandalı çempionatda mübarizə aparmaq sizi qane edirmi?

- Yox, bilmirdim, buna çox təəccübləndim. Bu mənim üçün yeni idi. Amma bu mənim xoşuma gəlir, bütün komandalar çox yaxşı səviyyədədirlər. Amma çempionatda komandaların sayını artırmaq yaxşı ideya olardı.

- Azərbaycana gəlməzdən əvvəl kiminləsə məsləhətləşdiniz?

- Sezarla danışmışdım və o mənə “Keşlə” haqqında xoş sözlər demişdi. Buna görə də təklifi qəbul etdim.

- Azərbaycan çempionatında hazırda 5 qolla bombardirsiniz. "Keşlə"yə gələndə bunun olacağını təsəvvür edirdiniz? Çempionatda maksimum neçə qol vurmağı hədəfləmisiniz?

- Mən ilk olaraq komandamı düşünürəm. Mövsüm sonunda baxarıq, əgər bombardir olsam, buna sevinərəm.

- Formanızda adınız əvəzinə Tito yazılıb. Bu ləqəbinizdir?

- Bütün ailəm və dostlarım məni Tito deyə çağırır. Atam Tito adlı qardaşını itirəndə mən uşaq idim və o məni elə o vaxtdan əmimin xatirəsi üçün Tito çağırır.

-  Deyilənə görə, komandada xasiyyətcə ən sakit oyunçusunuz...

- Mən çox sakit insanam, amma oyun və məşq zamanı çox ciddi oluram. Futboldankənar vaxtımda komanda yoldaşlarımla zarafat etməyi sevirəm. Komandamızın bütün üzvləriylə münasibətim əladır.

- Ötən il Paraqvayda çıxış etdiyiniz komanda yoldaşlarınızla əlaqələriniz necədir?

- Ailəm və dostlarımla danışanda onlar mənim adıma çox sevindilər. Azərbaycan haqqında çox da məlumatlı olmasalar da, mən daim əlaqə saxlayıram, şəkillər göndərirəm və buradakı həyat haqqında danışıram. Göstərdiklərim və danışdıqlarım onların çox xoşuna gəlir.

- Tanıdığınız hansısa paraqvaylı oyunçuya Azərbaycanda oynamağı məsləhət görmüsünüz? Və ya hər hansı bir oyunçu sizinlə bu barədə söhbət edib?

- Bəli, Paraqvaylı dostlarım soruşurlar, liqa haqqında daim suallar verirlər. Mən isə futbol oynamaq üçün çox gözəl ölkə olduğunu deyirəm.

- Hazırda 3-cü yerdə olan "Keşlə" üçün 2-ci yer əlçatan görünür. Bəs komanda olaraq yalnız 2-ci yer üçün çalışırsınız, yoxsa çempionluğa iddia edirsiniz?

- Bizim üçün tale yüklü matçdır. “Neftçi” yaxşı forma yığıb, işimiz çətin olacaq. Bizim bu mövsüm əsas istəyimiz “Keşlə”nin maksimum dərəcədə yuxarı pillələrdə qərarlaşmasıdır. Ən böyük arzumuz budur.

Azad NURİYEV

Bizi İnstaqramda da izləyin!

 


Etiketlər:  Çempionatda komandanın olması xoşuma gəlir Premyer Liqamızın bombardiri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ