Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' darmadağınla mərhələni adladı

''Neftçi'' darmadağınla mərhələni adladı

Tarix: 21 Dekabr 2023 21:10

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, raundun son oyununda "Neftçi" meydançaya çıxıb.

"Ağ-qaralar" I Liqa təmsilçisi "Qaradağ Lökbatan"la üz-üzə gəlib. "Neftçi Arena"da baş tutan matçda sensasiya baş verməyib. "Neftçi" doğma arenasında rəqibini 4:0 hesabı ilə darmadağın edib.

"Neftçi"nin 1/4 finaldakı rəqibi "Sumqayıt" olacaq. Bu mərhələnin oyunları yanvarın 30-31-də və fevralın 6-7-də keçiriləcək.

Qeyd edək ki, daha əvvəl "Sabah", "Sumqayıt", "Araz-Naxçıvan", "Qəbələ", "Səbail", "Zirə" və "Qarabağ" 1/4 finala yüksəliblər.

Milli.Az


Etiketlər:  Neftçi darmadağınla mərhələni adladı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ