Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2023 10:22
İngiltərə Premyer Liqasının 18-ci turunun açılış oyununda "Kristal Pelas"la "Brayton" hərəyə 1 qol vurub 1 xalla (1:1) kifayətləniblər.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, bu nəticə İPL-də rekordun təkrarlanması deməkdir.
Belə ki, tərəflərin ardıcıl son 5 qarşılaşmasında eyni - 1:1 hesabı qeydə alınıb.
Şəxsi görüşlərdəki ilk belə seriya 2005-2009-cu illərə təsadüf edib. Belə ki, bu müddətdə "Mançester Siti" ilə "Tottenhem" arasında baı tutan ardıcıl 5 matçda "şəhərlilər" eyni - 2:1 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, "Brayton" 18 oyunda 27 xal toplayaraq 8-ci yerdə qərarlaşıb. 15-ci y, pillədə olan "Kristal Pelas"ın isə 18 xalı var.