Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrailin bu addımı dünyanı ŞOKA SALDI: fələstinlilərin cəsədlərini... - FOTO

İsrailin bu addımı dünyanı ŞOKA SALDI: fələstinlilərin cəsədlərini... - FOTO

Tarix: 23 Dekabr 2023 17:50

ABŞ-ın CNN telekanalı İsrail əsgərləri ilə bağlı tükürpədən iddianı açıqlayıb. İddialar İsrail Müdafiə Qüvvələrinin (IDF) keçən həftə 8 günlük əməliyyat keçirdiyi Kamal Advan xəstəxanası ilə bağlıdır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, CNN-ə danışan xəstəxana işçiləri İsrail əsgərlərinin həyatını itirən fələstinlilərin cəsədlərinə hörmətsizlik etdiyini, əlil arabasındakı xəstənin İsrail hərbi itləri tərəfindən parçalandığını və çox sayda həkimin güllələndiyini iddia edir.

CNN müxbiri hadisənin görüntülərinə baxdığını bildirib. Məlumata görə, İsrail əsgərləri xəstəxana bağçasında qazılan müvəqqəti kütləvi məzarlığı buldozerlə qazaraq fələstinlilərin cəsədlərini çıxarıblar.

"İsrail əsgərləri səhər qəbirləri qazdılar, cəsədləri çıxardılar və sonra buldozerlərlə əzdilər. Mən əvvəllər heç vaxt belə bir şey görməmişdim" - xəstəxananın pediatriya xidmətlərinin direktoru Hossam Abu Safiya deyib.

Milli.Az


Etiketlər:  İsrailin bu addımı dünyanı ŞOKA SALDI fələstinlilərin cəsədlərini FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ