Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2023 18:12
"Neftçi"nin baş məşqçisi Adrian Mutu bu il Azərbaycana qayıtmayacaq.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, anasının vəfatına görə Rumıniyaya yollanan Mutunun Bakıya gələn il qayıdacağı ehtimal olunur.
Buna görə də, "Neftçi"ni Premyer Liqanın 18-ci turunun "Kəpəz"lə görüşünə də Alin-Nikolae Çita çıxaracaq.
Bu məşqçi "Qaradağ-Lökbatan"la görüşdə də Mutunu əvəzləyib. Mutu Bakıya yalnız ilin əvvəlində "Neftçi"nin qış toplanışı üçün qayıdacaq.
Qeyd edək ki, "Neftçi" - "Kəpəz" matçı dekabrın 24-ü, 16:00-da "Neftçi Arena"da keçiriləcək və CBC Sport kanalı vasitəsiylə canlı yayımlanacaq.