Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sumqayıt" avtoqol sayəsində "Səbail"ə qalib gəldi

Tarix: 23 Dekabr 2023 21:00

Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, günün ikinci görüşü Sumqayıtda baş tutub.

Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edib.

Qarşılaşmanın taleyini avtoqol həll edib. "Səbail"in oyunçusu Adi Mehremiçin 70-ci dəqiqədə öz qapılarından keçirdiyi top "Sumqayıt"a 1:0 hesablı qələbə qazandırıb. Bu qalibiyyət sayəsində xallarının sayını 27-yə çatdıran Samir Abasovun yetirmələri üçüncü pilləyə yüksəliblər. Şahin Diniyevin kollektivi isə hesabında 26 xalla dördüncü yerə düşüb.

Qeyd edək ki, tura dekabrın 24-də keçiriləcək "Turan Tovuz" - "Araz-Naxçıvan" (81-ci dəqiqədən sonra), "Neftçi" - "Kəpəz" və "Zirə" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.

Milli.Az


Etiketlər:  Sumqayıt avtoqol sayəsində Səbailə qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ