Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müşviqdən Təranənin "parodiya yox, təlxəklik edir" sözlərinə reaksiya

Müşviqdən Təranənin

Tarix: 24 Dekabr 2023 01:00

Aktyor Müşviq Şahverdiyev "Zarafat bir yana" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadənxəbər verir ki, aktyordan proqramda müğənni Təranə Qumralın "Müşviq parodiya yox, təlxəklik edir" sözlərinə necə münasibət bildirdiyi soruşulub. Müşviq ifaçının sözləri ilə razılaşmadığını və onun həyat yoldaşı Musa Musayevi olduğu kimi parodiya etdiyini vurğulayıb:

"İnsandır, xanımdır deyib. Böyük bir reaksiya vermək istəmirəm. Musa müəllimin parodiyasını Təranə xanım təlxəklik kimi görübsə, o, necədirsə, səsi, geyimi elə də etmişəm. Təranə xanım onu təlxək kimi görə bilər, amma nədirsə, elə də etmişəm. Orada nə saçda, nə geyimdə, nə də başqa bir şeydə əlavələrimiz olub. Mən o mahnı ilə söyüş söymürəm, nə də artıq-əskik nəsə. Onların narazılığı o olub ki, qabarıq etmişəm. Qurban olum, parodiyanı qabarıq edirlər də. Eynisini etsəm, o qədər də effektli olmaz. 

Rusiya kanallarına baxmışam, orada elə parodiyalar edirlər, həmin sənətkar da qarşısında əyləşib. Alla Puqaçova oturub, onu elə qabarıq parodiya edirlər ki, özü də ölür gülməkdən. Düzdür, parodiyanın da bir həddi var, amma biz bunu aşmamışıq. Kişi müğənniyə qadın pariki qoysaq, geyimi geyinib parodiya etsək, razıyam, o təhqirdir. Amma birə-bir eyni obrazı yaradırıq, gülməli olsun deyə bir-iki söz əlavə edirik. Bir az yumoristik olsun deyə, əlavə etmişəmsə, bu inciniləsi bir şey deyil. İnciyirlərsə də, özləri bilərlər". 

Qeyd edək ki, T.Qumral açıqlamasında Müşviq barəsində "Parodiya etdiyin insanı heç olmazsa, yarısı qədər yamsılamağı bacarmalısan. Müşviqi tikanlamışam, qulağına da çatıb. Bir var insan parodiya edir, bir də var Müşviq kimi... O təlxəklik edir. Dəfələrlə özünə də demişəm. İnsan parodiya etməlidir, amma hər şey çərçivə daxilində" sözlərini səsləndirib. Müğənni M.Musayev isə parodiya zamanı Müşviqin çərçivədən çıxdığını bildirib. 

Milli.Az


Etiketlər:  Müşviqdən Təranənin parodiya yox təlxəklik edir sözlərinə reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ