Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Yolda atamla üz-üzə gələndə mənə salam verməzdi"

Tarix: 24 Dekabr 2023 11:30

"Ata qızına mütləq sevgi verməlidir. Çünki ata sevgisi görməyən qız hər zaman həyatında səhv edəcək".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Zümrüd Qasımova "Xəbərin var?" verilişində deyib. O, valideyni ilə olan münasibətindən danışıb:

"Allah rəhmət eləsin, atam çox zəhimli insan idi. Onunla yolda üz-üzə gələndə mənə salam verməzdi, yanından sakitcə keçirdim. Belə bir münasibətimiz var idi. Amma ki, qayğıkeş və ailəsi üçün əziyyət çəkən insan idi. Evdə səsim bir az artıq çıxanda atam əlini masaya vurub deyirdi ki, "Zümrüd, səsin gəlir". Yəni atam çox ciddi olub. 

Deyirlər ki, ata uşağını böyüklərin yanında qucağına almaz. Bu düzgün bir şey deyil. Uşağına sevgini göstərməlisən. Çünki bilmirsən sabah qızın hansı ailəyə düşəcək, onun həyat yoldaşı necə insan olacaq. Qız uşağına təhsil verilməlidir, gözütox böyütmək lazımdır. Oğlan uşağı isə eybi yox, qoy, pul qazanmağı öyrənsin. Amma gücün nəyə çatırsa, qızın üçün etməlisən".

Milli.Az


Etiketlər:  Yolda atamla üz üzə gələndə mənə salam verməzdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ