Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk ordusundan terrorçulara qarşı əməliyyatda möhtəşəm performans

Türk ordusundan terrorçulara qarşı əməliyyatda möhtəşəm performans

Tarix: 24 Dekabr 2023 12:00

Türk ordusu terrorçulara qarşı keçirilən hava əməliyyatında 29 hədəfi məhv edib.

Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

"İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı hava əməliyyatlarında 29 hədəf məhv edilib, çoxlu sayda terrorçunun zərərsizləşdirilib" - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, dekabrın 23-ü "Pençe-Kilit" Əməliyyatı bölgəsində baza ərazisinə sızmağa çalışan terrorçularla başlayan qarşıdurmada altı türk əsgəri şəhid olub, bir əsgər yaralanıb.

Qeyd edək ki, qarşıdurmada 16 terrorçu zərərsizləşdirilib.


Etiketlər:  Türk ordusundan terrorçulara qarşı əməliyyatda möhtəşəm performans


RƏYLƏR