Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mask Argentinanın yeni prezidentindən nə istəyib?

Mask Argentinanın yeni prezidentindən nə istəyib?

Tarix: 24 Dekabr 2023 17:12

Amerikalı milyarder İlon Mask Argentina litiumunu almaqda maraqlıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Argentinanın yeni Prezidenti Xavyer Miley deyib.

"Mask mənə zəng vurdu. O, litiumla çox maraqlanır. Eləcə də ABŞ və digər amerikalı şirkətlər də çox maraqlıdırlar bu məsələdə", - Miley bildirib.

Argentina prezidenti onu da əlavə edib ki, xarici biznesmenlər yerli siyasətçilər tərəfindən soyulmaq riski səbəbindən ölkəyə investisiya qoymaqdan qorxurlar.

Qeyd edək ki, Argentina Boliviya və Çili ilə birlikdə dünyanın litium ehtiyatının yarısına sahibdir. Bu metaldan elektrikli avtomobillərin akkumulyatorlarında istifadə olunur.

Milli.Az


Etiketlər:  Mask Argentinanın yeni prezidentindən istəyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ