Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"ABBA"nın virtual konsertləri fantastik gəlir gətirib

Tarix: 24 Dekabr 2023 17:45

İsveçin "ABBA" qrupunun virtual şousu London iqtisadiyyatına 322 milyon funt sterlinqdən çox gəlir gətirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Music Business Worldwide" məlumat yayıb.

Musiqiçilərin əvəzinə rəqəmsal avatarlarının çıxış etdiyi şoulara 42,72 milyon funt sterlinq (36%) ingilislərin özləri tərəfindən deyil, digər ölkələrdən gələn qonaqlar tərəfindən ödənilib.

Tamaşa üçün biletlərin satışı ilə yanaşı, xüsusi "ABBA Arena" konsert məkanının tikintisi ilə bağlı xərclər də nəzərə alınıb. Bu layihədə 5075 iş yeri təmin edilib.

Hesabatda konsertin Londonun özünə və arena ətrafındakı ərazilərə müsbət təsir etdiyi də bildirilir.

Milli.Az


Etiketlər:  ABBAnın virtual konsertləri fantastik gəlir gətirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ