Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış baş məşqçi “Neftçi” üçün Bakıya GƏLDİ

Tanınmış baş məşqçi “Neftçi” üçün Bakıya GƏLDİ

Tarix: 24 Dekabr 2023 17:46

Adrian Mutu ilə vidalaşan "Neftçi"nin yeni baş məşqçisinin kimliyi məlum olub.

Milli.Az xəbər verir ki, Sfera.az-ın əldə etdiyi məlumata görə, Miodraq Bojoviç "ağ-qaralar"ın sükanı arxasına keçəcək.

Monteneqrolu mütəxəssis bu gün səhər saatlarında Azərbaycana gəlib və klub idarəçiləri ilə görüşüb.

O, hazırda "Neftçi Arena"dadır və yeni komandasının "Kəpəz"lə keçirdiyi Premyer Liqa matçını tribunadan izləyir.

Bakılılar bu ilin iyulunda bura dəvət etdiyi Adrian Mutu ilə 2 illik müqavilə imzalamışdı. Avrokuboklarda və Premyer Liqada nəticələr yaxşı olmayınca, onunla sözləşməyə vaxtından əvvəl xitam verilməsi zərurəti yarandı.

Milli.Az


Etiketlər:  Tanınmış baş məşqçi Neftçi üçün Bakıya GƏLDİ


RƏYLƏR