Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2023 11:10
İtaliya A seriyasının 17-ci turu çərçivəsində keçirilən "Roma" - " Napoli" oyunu zamanı gərginlik yaşanıb.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, "Roma"nın qələbə qazandığı oyunda qələbədən çox baş məşqçi Joze Mourinyonun davranışları gündəm olub. Joze Mourinyo rəqib komandanın futbolçuları Xviça Kvaratsxeliya və Viktor Osimhenlə mübahisə edib. "Napoli"də Matteo Politano 66-cı dəqiqədə, Viktor Osimhen isə 86-cı dəqiqədə qırmızı vərəqə alıb.
Qeyd edək ki, "Roma" 76-cı dəqiqədə Lorenzo Pelleqrininin, 96-cı dəqiqədə isə Romelu Lukakunun qolları ilə "Napoli"ni 2:0 hesabı ilə məğlub edib.