Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mançester Yunayted”in 25 faizi satıldı

“Mançester Yunayted”in 25 faizi satıldı

Tarix: 25 Dekabr 2023 12:34

"Mançester Yunayted"in səhmlərinin 25 faizi satılıb. 

Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Dünyanın nəhəng kimya şirkətlərindən biri olan İNEOS-un sahibi Cim Retkliff  klubun "B" siniflinin səhmlərinin 25 faizini alıb. Klubun sahi olan Qleyzer ailəsi ilə  "A" siniflinin səhmlərin də 25 faizinin alınması ilə bağlı razılıq əldə olunub. 

Müqavilənin dəyəri 1,3 milyard funt sterlinq təşkil edib. 

Həmçinin ingiltərəli milyarder "Old Trafford" stadionunun infrastrukturunun təmiri üçün 300 milyon dollar ayıracaq. 

Klubun yaydığı bəyanatda bildirilib ki, İNEOS şirkəti "Mançester YUnayted"in futbol əməliyyatlarını idarə etmək hüququna da sahib olacaq. 

Qeyd edək ki, bir müddət əvvəl Qətər şeyxi Jassim Bin Hamad da "Mançester Yunayted"in səhmlərinin müəyyən hissəsini almaq istəsə də, klubun sahibi Qleyzer ailəsi onun təklifini rədd edib. 


Etiketlər:  Mançester Yunaytedin faizi satıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ