Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2019 12:36
Cənubi Koreyanın “Samsung” şirkəti dəlik və kəsikləri olmayan "mükəmməl" smartfon təqdim etməyə hazırlaşır.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, şirkətin vitse-prezidentlərindən biri deyib ki, ön kameranı irəli-geri çəkilən modul kimi deyil, ekranın alt hissəsində yerləşdirmək planlaşdırılır.
Kameranın aktivləşdirilməsi vaxtı ekranın müvafiq sahəsi şəffaf olacaq. Bu texnologiyanın artıq növbəti smartfon modellərində tətbiqi güman edilir.
Cihazın satışa çıxarılacağı tarix məlum deyil.
Emil Hüseynov