Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2023 20:30
"Bu gün nəinki telekanallarda, elə radiolarda da həmin mahnılar səslənir".
Sonxeber.net yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Emil Bədəlov "Gül kimi şou" verilişində deyib.
Sənətçi bayağı mahnıların efirlərdə və radiolarda təbliğ olunduğunu vurğulayaraq buna qarşı çıxıb:
"Musiqi zövqü insanın formalaşmasında böyük rol oynayır. Elə müğənniləri efirə çıxarırlar ki... Mən istəmərəm, uşaqlarım o mahnıları dinləsin.
Bu gün nəinki telekanallarda, elə radiolarda da həmin mahnılar səslənir. O vaxtlar 100 min pul da qoysalar, o müğənnilər efirə çıxa bilməzdilər.
Yəqin ki, bu, musiqimizdə müvəqqəti bir mərhələdir və tezliklə keçib gedəcək".