Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Peskovdan YENİ AÇIQLAMA: "Sülh sazişinin imzalaması bizim üçün çox vacibdir"

Peskovdan YENİ AÇIQLAMA:

Tarix: 27 Dekabr 2023 01:10

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın MDB ölkələrinin Sankt-Peterburqda keçirilən qeyri-formal sammitindəki görüşü sülh sazişinə hazırlıq görən iki liderin dialoqunun dəstəklənməsi fürsətidir".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya, həmçinin bu hazırlıq prosesinə kömək etməyə hazırdır.

"Biz öz vasitəçiliyimizi qəbul etdirməkdə israrlı deyilik, lakin sözsüz ki, bizim təkcə MDB çərçivəsində yox, həm də inkişaf etmiş ikitərəfli münasibətlər müstəvisində iki tərəfdaşımızın ən qısa vaxt ərzində sülh sazişi imzalaması bizim üçün çox vacibdir. Bu, Qafqazda bizim üçün mühüm olan sülh atmosferini, sabitliyi və gələcəklə bağlı müəyyənliyi təmin etmiş olar" - deyə, Kremlin sözçüsü vurğulayıb.

Milli.Az


Etiketlər:  Peskovdan YENİ AÇIQLAMA Sülh sazişinin imzalaması bizim üçün çox vacibdir


RƏYLƏR