Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

O kəs ki, namaz qılır, amma hicaba riayət etmir – möminə sayılırmı?

O kəs ki, namaz qılır, amma hicaba riayət etmir – möminə sayılırmı?

Tarix: 27 Dekabr 2023 08:02

Mömin o kəsə deyilir ki, nübuvvət, imamət və məada etiqad bəsləyər və İslamın zəruri məsələlərini yerinə yetirər. O cümlədən: namazı, orucu, həcc və başqa ibadətləri. Ancaq müsəlman dedikdə o kəs nəzərdə tutulur ki, Allahın vahid olduğunu qəbul edir və Həzrət Muhəmmədi (s) peyğəmbər kimi tanıyır. (Deyerler.org)

Bəs o kəs ki, namaz qılır, ancaq hicabına riayət etmir - möminə sayılırmı?

O kəs ki, əməl meydanında hicabına riayət etmirsə, əslində günah işlətmiş olur. Əlbəttə, o, İslam dairəsindən xaric olmur, amma günahkar bir müsəlman hesab edilir. Hicab - dinimizin zərurətindən olduğu üçün ona bilərəkdən əməl etməmək - günahdır.

Şəhid Mütəhhəri bu haqda buyurur: "Qadına üz və iki əllərindən başqa qalan yerlərini bağlanması vacib buyurulmuşdur. Fiqhi cəhətdən bu hissələr zəruri örtülməli olan hissələrdir. İstər Quranın nəzərinə görə olsun, istərsə də hədislərin bu barədə nəzər ayrılığı yoxdur. Ona görə də hicaba riayət etməmək - İslamın zərurətinin əksinə əməl etməkdir və bu da günahdır. Hər kim bilərəkdən bu günaha düçar olar, kafir deyildir. Ancaq günahkar müsəlman hesab edilir".

Əmirəl-möminin (ə) nəql edir: "Bir gün mən və Fatimə (s.ə) Peyğəmbərin (s) xidmətinə gəldik, ancaq daxil olan zaman gördük ki, Həzrət (s) şiddətlə ağlayır. Həzrətdən (s) soruşdum ki, nə olub ki, belə ağlayırsınız? Həzrət (s) buyurdu: "Merac gecəsində gördüm ki, mənim ümmətimin bəzi qadınları şiddətli əzaba düçar olublar. İndi yadıma düşdü və məni ağlatdı. Gördüm ki, bir qadın saçından asılmışdır və başının beyni qaynayır. Səbəbini soruşdum, dedilər ki, bu qadın saçlarını naməhrəmdən bağlamamışdır. Qadınlar gördüm ki, bədənlərinin ətini yeyirlər. Altlarında isə atəş yandırılıb və onlar o qadınlardır ki, dünyada özlərini naməhrəm kişilər üçün bəzəmişdilər"".

Bu hədislərdən belə nəticə çıxartmaq olar ki, hicabsızlıq böyük günahdır. Axirətdə böyük əzaba düçar olacaqdır. O kəs ki, bu zərurəti etiqadi cəhətdən qəbul edir, ancaq ona əməl etmir - günahkardır. Peyğəmbərin (s) buyurduğu əzab onu gözləyir. Baxmayaraq ki, müsəlmandır.

Milli.Az


Etiketlər:  O kəs ki namaz qılır amma hicaba riayət etmir möminə sayılırmı


RƏYLƏR