Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə ilə Özbəkistan arasında 8 anlaşma memorandumu imzalanıb

Türkiyə ilə Özbəkistan arasında 8 anlaşma memorandumu imzalanıb

Tarix: 27 Dekabr 2023 13:52

Türkiyə ilə Özbəkistan arasında səkkiz anlaşma memorandumu imzalanıb.

Milli.Az-ın TurkicWorld-un məlumatına görə, Ankarada Türkiyə-Özbəkistan Biznes Forumu keçirilib. Türkiyə ilə Özbəkistanın iş dünyası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair səkkiz anlaşma memorandumu imzalanıb.

Türkiyə-Özbəkistan Biznes Forumunda çıxış edən vitse-prezident Cevdet Yılmaz, iki qardaş ölkənin iş dünyasını bir araya gətirən bu forumun, hərtərəfli əməkdaşlığı yeni səviyyəyə yüksəltməsi baxımından əhəmiyyətli adlandırıb.

"Türkiyə və Özbəkistan Türk Dövlətləri Təşkilatında çox mühüm rol oynayır və tezliklə fəaliyyətə başlayacaq Türk İnvestisiya Fondu bizlərə çox mühüm imkanlar təqdim edəcək. Bu fondun xüsusilə iş dünyamızı inkişaf etdirəcək birgə layihələrə əhəmiyyətli töhfələr verəcəyinə inanıram",- deyə Cevdet Yılmaz bildirib.

Milli.Az


Etiketlər:  Türkiyə ilə Özbəkistan arasında 8 anlaşma memorandumu imzalanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ