Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Fənərbağça"nın ulduzu "Liverpul", "Çelsi" və "Mançester Yunayted"in hədəfində

Tarix: 27 Dekabr 2023 21:46

Arda Gülər, Kim Min-Ce kimi futbolçularını Avropa nəhənglərinə satan "Fənərbağça" daha bir böyük satışa hazırlaşır.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, söhbət Sebastian Şimanskidən gedir. İngiltərənin "Çelsi", "Liverpul", "Mançester Yunayted" klubları 24 yaşlı polşalını istəyir.

"Napoli" klubu da vingerlə maraqlanan klublar sırasındadır. 

Qeyd edək ki, Sebastian cari mövsüm "sarı-lacivərtlər"lə 29 oyuna çıxıb, 11 qol vurub, 10 assistə imza atıb. Hazırda "Transfermarkt"də  20 milyon avro dəyəri olan futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ildə bitəcək.

Milli.Az


Etiketlər:  Fənərbağçanın ulduzu Liverpul Çelsi Mançester Yunaytedin hədəfində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ